2 nömrəli Bakı Baza Tibb Kollecində 2175 tələbə flüoroqrafiya müayinəsindən keçirilib

2 nömrəli Bakı Baza Tibb Kollecində 2175 tələbə flüoroqrafiya müayinəsindən keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində, ağciyər xəstəliklərinin erkən aşkarlanması məqsədilə tələbələrin flüoroqrafiya müayinəsi keçirilib.

Ümumilikdə 2175 tələbəyə rentgen-flüoqrafiya müayinəsi səyyar “Flüoromobil”də, Süni intelekt ilə təchiz olunmuş (CAD4TB) FUJİ FİLM X RAY aparatı ilə xüsusi ayrılmış otaqda aparılıb.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən təhsil müəssisələrində belə profilaktik tibbi müayinələrin aparılması gizli xəstəlikləri vaxtında aşkar edilməsi, ağırlaşma və yoluxma hallarının, əlilliyin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir.


2 nömrəli Bakı Baza Tibb Kollecində 2175 tələbə flüoroqrafiya müayinəsindən keçirilib

Other news