Gəncədə Dünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib
Səhiyyə Nazirliyi QF Layihə Əlaqələndirmə Bürosunun və Səhiyyə Nazirliyinin "Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" publik hüquqi şəxsinin təşkilatçılığı ilə Martın 16.17-də Gəncə şəhərindəki Kəlbəcər köçkün qəsəbəsində Dünya Vərəmlə Mübarizə Günü qeyd edilib.
Tədbirdə Səhiyyə Nazirliyinin "Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" publik hüquqi şəxsinin direktoru İradə Axundova, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və Kəlbəcər RİHB-nın müavini Fərqanə Əhmədova iştirak edib.
ETACXİ-nin direktoru İradə Axundova ölkəmizdə vərəmlə mübarizə sahəsində ölkəmizdə görülən işlərdən danışaraq qeyd etdi ki, vərəm sağalan xəstəlikdir, və bu sahədə ardıcıl işlər aparılır. Famil Məmmədov isə İİV-lə bağlı epidemioloji vəziyyəti tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Tədbirin ikinci hissəsində isə qəsəbədə məskunlaşan məcburi köçkünlər üçün Vərəm, "Hepatit B" və "Hepatit C" infeksiyalarına görə kütləvi müayinə təşkil edildi.