“Karyerada ilk addım” devizi ilə əmək yarmarkası keçirilib
İyunun 21-də Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində müəssisənin 2022/2023-cü tədris ilinin məzunları üçün əmək yarmarkası təşkil olunub. “Karyerada ilk addım” devizi ilə keçirilən tədbirə kollecin “Tibb bacısı işi”, “Mamalıq işi”, “Müalicə işi” ixtisasları üzrə 405 məzunu cəlb olunub. Tədbirdə həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” PHŞ-də, işəgötürən qismində iştirak edib.