Vərəmin aşkarlanması və müalicəsi ilə bağlı treninq keçirilib

Vərəmin aşkarlanması və müalicəsi ilə bağlı treninq keçirilib

Treninqdə vərəm xəstəliyinin yayılması, müayinə metodları, müasir laboratoriya üsulları, Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına uyğun müalicə metodları, eləcə də təlimlərin aparılmasının əsas prinsipləri haqqında ətraflı müzakirələr aparılıb.

Azərbaycan Respublikasının baş ftiziatrı, professor Yavər Şıxəliyev və "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu"nun direktoru İradə Axundova çıxışlarında səhiyyə sahəsində dünyada gedən tendensiyaların izlənilməsinin, o cümlədən vərəm xəstəliyinin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmaların öyrənilməsinin Azərbaycanda bu sahədə müayinə və müalicələrin aparılmasında effektiv olacağını bildiriblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, treninqdə Bakı şəhəri üzrə tibb müəssisələrində çalışan ftiziatrlar iştirak ediblər.


Vərəmin aşkarlanması və müalicəsi ilə bağlı treninq keçirilib

Other news