Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 27 Sentyabr – Anım Günü qeyd olunub

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 27 Sentyabr – Anım Günü qeyd olunub

İlk olaraq Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə, institutun direktoru t.ü.f.d. İradə Axundova açaraq qeyd etdi ki, müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. İşğalda olan torpaqlarımızı geri qaytarmaq üçün düşünmədən canından keçən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan şəhidlərimiz bizim qürur mənbəyimizdir. Daha sonra institutun Elmi və Tibb işçiləri mövzu ətafında çıxış etdilər.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 27 Sentyabr – Anım Günü qeyd olunub

Другие новости