Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda YAP-a yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda YAP-a yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib

ETAXİ-nin direktoru İradə Axundova, partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğunu vurğulayıb. 1990-cı illərin əvvəlində Azərbaycanın ağır vəziyyətdə olduğu bir vaxtda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın ölkəmizin bütün sahələrində o cümlədən Səhiyyənin inkişafında mühüm rolunu qeyd edən İnstitutun direktoru, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyət və qələbələri diqqətə çadırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bugünkü fəaliyyətindən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. İradə xanım son 20 ildə Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı nəticəsində ölkəmizin bütün sahələrində yeni uğurlar, zəfərlər əldə etməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb

YAP Nizami Rayon Təşkilatının nümayəndəsi, partiya fəallarının ölkənin ictimai- siyasi həyatında yaxından iştirak etdiklərindən, ərazi ilk partiya təşkilatının həyata keçirdiyi silsilə tədbirlərdən danışıb. Bildirib ki, bu gün Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə ulu öndər tərəfindən yazılmış Azərbaycan tarixinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin görmək istədiyi yeni Azərbaycan gəncini gözümüz önündə canlandırmalıyıq.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim edilib. Yeni üzvlər birmənalı olaraq bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq. İnkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir.


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda  YAP-a yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib

Другие новости