Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Elmi Şurası yeni tərkibdə fəaliyyətə başlayıb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Elmi Şurası yeni tərkibdə fəaliyyətə başlayıb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Elmi Şurası yeni tərkibdə iş fəaliyyətini başlamışdır. Elmi Şuranın sədri Respublikanın baş ftiziatrı, Bakı şəhəri 1 saylı Vərəm əleyhinə dispanserin baş həkimi, əməkdar həkim, professor Yavər Şıxəliyev seçilmişdir. Elmi Şuranın üzvləri əsas elmi və kliniki struktur bölmələrinin rəhbərləri və digər yüksək ixtisaslı, təcrübəli еlmi işçilərdir. Bundan başqa Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ftiziatriya Kafedrasının müdiri, Azərbaycan Tibb Universitetinin 4 dosenti, həmçinin 9 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının və 11 Saylı Uşaq Vərəm Dispanserinin baş həkimləri də ET ACXİ-nin Elmi Şurasının üzvləridir. Şuranın son iclasında institutun dissertantı, Bakı şəhəri 2 saylı Vərəm əleyhinə dispanserin baş həkimi, 44 günlük Qarabağ müharibəsinin veteranı, t.ü.f.d. Ceyhun Əliyevin tibb üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin hesabatı dinlənilmişdir.



Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Elmi Şurası yeni tərkibdə fəaliyyətə başlayıb

Другие новости