İnstitutun kollektivinə Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Təşəkkürnamə təqdim olunub
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini, ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası “Tibb Işçilərinin Peşə Bayramı” günü kimi qeyd olunur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” PHŞ-nın kollektivinə Nizami rayon səhiyyə işçiləri Həmkarlar İttifaqı tərəfindən, səhiyyə sistemində səmərəli, qüsursuz əmək fəaliyyəti və 17 iyun tibb işçilərinin peşə bayramı münasibəti ilə “Təşəkkürnamə” verilib.