Tibb müəssisələrinin insan resursları əməkdaşları üçün təlim keçirilib
Tibb müəssisələrinin insan resursları şöbəsinin işinin avtomatlaşdırılması, müəssisənin effektiv hesabatlılığının və sənədləşməsinin qurulması məqsədilə proqram təminatının "İnsan resursları" modulu üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ, Nizami Tibb Mərkəzi PHŞ, Təcili Yardım Avtobazası PHŞ və Qobustan RMX PHŞ-nin insan resursları şöbəsinin əməkdaşlarına təlimlər keçirilmişdir.