Vərəmin laborator diaqnostikası üzrə təlim keçirilib

Vərəmin laborator diaqnostikası üzrə təlim keçirilib

Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin treninq mərkəzində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun, Azərbaycan Respublikasında həyata keçirilən proqramları çərçivəsində laboratoriya işçiləri üçün, Becton Dickinson şirkətinin mütəxəssisi Limara Manarbek tərəfindən, Vərəmin diaqnostikasında, Bactek MGİT cihazında duru qidalı mühitdə əkmə və fenotipik dərmanlara həssaslıq testinin aparılması mövzusunda təlim keçirilib.

Treninqdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” publik hüquqi şəxsin Referens laboratoriyasının, Naxçıvan MR Ağciyər Xəstəlikləri Xəstəxanasının və Respublikanın regional laboratoriyalarının, həkim laborantları da iştirak ediblər

Vərəmin laborator diaqnostikası üzrə təlim keçirilib

Другие новости