İcbari tibbi sığorta
İcbari tibbi sığorta
Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Bura təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti), ilkin səhiyyə (ailə həkimi) xidməti, ambulator şəraitdə müayinə və müalicə daxildir.