Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” PHŞ-da 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru İradə Axundova iştirakçıları salamlayaraq, hər kəsi Zəfər Günü münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiyini, xalqımızın qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb.

Tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən bəhs edərək, Iradə Axundova bildirib ki, 30 il gizlədiyimiz tarixə şahidlik etdik. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz təmin olunub. O, Zəfər Gününün əhəmiyyətini qeyd edərək, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun tarix yazdığını vurğulayıb.

Sonda videoçarx nümayiş olunub.


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Другие новости