İnstitutda “Pulmonar Hipertenziyalı Xəstəyə Yanaşma” mövzusunda seminar keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda “Pulmonar Hipertenziyalı Xəstəyə Yanaşma” mövzusunda seminar keçirilib. Seminarda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru t.ü.f.d. İradə Axundova, elmi katibi Günay Əliyeva, Bakı Sağlamlıq Mərkəzinin kardioloqu Fuad Səmədov, Məlhəm Hospitalın pulmonoloqu Könül Məmmədova və başqaları çıxış ediblər.