“Azərbaycanda Laboratoriya Siyasəti və Strateji Planı” mövzusunda seminar keçirilib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə “Azərbaycanda Laboratoriya Siyasəti və Strateji Planı” mövzusunda seminar keçirilib.
Seminarda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Milli İstinad Laboratoriyası şöbəsinin müdiri Mehriban Seyfəddinova, ÜST nümayəndəsi Dr. Hande Harmanci, ÜST/Avropa Regional Ofisinin eksperti Joanna Salvile Garrec, ÜST-nin Azərbaycan nümayəndəsi Dr. Cəvahir Süleymanova iştirak ediblər.
Seminar çərçivəsində laboratoriya siyasətinin formalaşdırılması, strateji planlaşdırma və laboratoriya xidmətlərinin inkişafı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.