Bakıda “Bakı Ağciyər Sağlamlığı” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Universteti və Ağciyər Sağlamlığı və İntensiv Terapiya Cəmiyyətinin təşkilatçılığı ilə Radisson Hoteldə, “Bakı Ağciyər Sağlamlığı” mövzusunda konfrans keçirilib.
Konfransda ölkəmizdən və qardaş Türkiyə Respublikasından pulmonoloqlar iştirak edib və pulmonologiyanın aktual problemləri haqqında çıxışlar olub.
Tədbir Azərbaycan Tibb Universtetinin rektoru Gəray Gəraybəylinin və Türkiyə Respublikasının İntensiv Terapiya Cəmiyyətinin rəhbəri Akın Kayanın, sədrliyi ilə baş tutub.
Konfransda Səhiyyə Nazirliyinin "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" publik hüquqi şəxsin direktoru t.ü.f.d. İradə Axundova dərmana davamlı və vərəmin terapiyasının yeni qısaldılmış müalicə sxemlərinin tətbiqi , Səhiyyə Nazirliyinin "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" publik hüquqi şəxsin direktorunun elmi işlər üzrə müavini t.ü.f.d. Könül Kərimova l-li immundefisit və tənəffüs yolu xəstəlikləri erkən aşkarlanmasın da laborator testlər, Səhiyyə Nazirliyinin "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" publik hüquqi şəxsin direktorunun müavini-baş həkim t.ü.f.d. Gülzar Əliyeva pulmonar emboliya və ağciyər zədələnməsinin müasir müalicə və diaqnostika standartları movzusunda çıxışlar ediblər.