Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının nümayəndələri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda görüş
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının nümayəndələri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda görüş keçiriblər.
Tədbirdə İnstitutun baş direktoru İradə Axundova, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, İnstitutun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Şəms Sadıxzadə və həkim-ftiziatr Taleh Abbasov iştirak ediblər.
Çıxışlar zamanı YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında əhəmiyyəti, partiya üzvləri qarşısında müəyyənləşdirilən yeni vəzifələr, eləcə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi, sosial və hərbi sahələrdə əldə etdiyi nailiyyətlər vurğulanıb.