Ağciyərlərin qeyri-spesifik xəstəliklərinin diaqnostikası və müalicəsinə dair seminar keçirilib
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi və Səhiyyə Nazirliyinin “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” PHŞ-nın birgə təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin İMM Vərəm üzrə təlim mərkəzində, İxtisaslaşdırılmış müalicə müəssisəsinin həkimləri üçün “Ağciyərlərin qeyri-spesifik xəstəliklərinin differensial diaqnostikası və müalicə taktikası” mövzusunda seminar keçirilib.
Seminarda Səhiyyə Nazirliyinin "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" publik hüquqi şəxsinin direktorunun elmi işlər üzrə müavini Könül Kərimova, Səhiyyə Nazirliyinin "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" publik hüquqi şəxsin l-ci pulmonologiya şöbəsinin müdiri Vasif Abdullayev, Səhiyyə Nazirliyinin "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" publik hüquqi şəxsin 2-ci pulmonologiya şöbəsinin müdiri Sevda Mustafayeva və başqaları çıxış ediblər.