Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Heydər Əliyevin anım günü qeyd olunub

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Heydər Əliyevin anım günü qeyd olunub

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Anım günü münasibəti ilə "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" PHŞ -də tədbir keçirilmişdir. Tədbirdə İnstitunun rəhbərliyi və kollektivi iştirak etmişdir.

Tarix sübut etmişdir ki, şəxsiyyətlərin ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Məhz həmin gündən dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.

Sonda ümumilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Allah rəhmət eləsin!


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Heydər Əliyevin anım günü qeyd olunub

Digər xəbərlər