ETAXİ-nin nümayəndəsi oksigen terapiyası ilə bağlı beynəlxalq texniki görüşdə iştirak edib
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində reanimasiya şöbələrində oksigen istifadəsi ilə bağlı texniki görüş keçirilib. COVID-19 pandemiyası dövründə xəstəxanalarda oksigen təchizatının və istifadəsinin vacibliyinin bir daha önə çıxması müşahidə edilib. ÜST-nin eksperti Dr Pervin Korkmaz Ekren 120-dən artıq azərbaycanlı səhiyyə işçisi ilə görüş zamanı ağır xəstələrin müalicəsində oksigen istifadəsi ilə bağlı təqdimatla çıxış edib. Görüşdə ekspert COVID-19 xəstələri üçün yüksək axınla nazal oksigen terapiyası, habelə invaziv və qeyri-invaziv ventilasiya müalicəsi barədə danışıb. Bu istiqamətdə müzakirələrin davam etdirilməsi və müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 16-20 may tarixlərində oksigen təchizatı və istifadəsi ilə bağlı ÜST-nin ekspertlərinin Azərbaycana səfəri planlaşdırılır.
Ağciyər vərəmi cərrahiyə şöbəsinin müdiri Zaur Həsənov texniki görüşdə iştirak etmişdir.