Tibb müəssisələrində çalışan baş mühasiblərə təlimlər keçirilir
Təlimlər 30-dan çox tabeli tibb müəssisəsini əhatə edir. Təlim müddətində mühasibat uçotu, vergi, əmək, mülki qanunvericilik haqqında təlimlər keçiriləcək.
Tədbirin açılış mərasimində TƏBİB-in Təlim və karyera planlaması şöbəsinin müdiri Anar Mirzəyev, ARPA idarə heyətinin sədri Günay Şahbazova, ekspertlər Firudin Sultanov və Elsevər İbadov iştirak edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 464 saylı Qərarına əsasən Publik hüquqi şəxslərin baş mühasibləri 2022-ci il 30 dekabr tarixinədək "Peşəkar Mühasib" sertifikatı almalıdır.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş mühasibi Lalə xanım Cəmilova təlimdə iştirak etmişdir.