Axundova İradə Mirsaab qızı
Direktor
Haqqında:
3 Sentyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1976-cı ildən 1982-ci ilə qədər Dövlət Tibb Universitetində “Ftiziatr-Pulmonoloq” ixtisası üzrə təhsil almışdır. Peşəkar fəaliyyətinə 1978-ci ildə F.Əfəndiyev adına 4 nömrəli Mərkəzi klinik xəstəxanada Tibb Bacısı olaraq başlamışdır. 1988-ci ildə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim olaraq işə başlamış, daha sonrakı dövrlərdə Müalicə-Reabilitasiya şöbəsinin müdiri və Direktor Müavini vəzifələrini icra etmişdir. 2022-ci ildən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Direktor vəzifəsində çalışır.